Fransada keçirilən Avro-2016 çempionatının final matçından sonra insident yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, oyundan sonra fransalı və portuqaliyalı azarkeşlər arasında mübahisə yaranıb.
Daha sonar mübahisə davaya çevrilib. Polis 40 nəfəri saxlayıb. Çoxlu sayda insanın xəsarət aldığı bildirilir. Polis dava iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, final qarşılaşmasının qalibi Portuqaliya yığması olub.
Samir