İrəvanda Ermənistan Maliyyə Nazirliyinin binasında güclü yanğın başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarından başlanan yanğın artıq 1000 kv/m ərazini əhatə edir.
Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Yanğın lokallaşdırılsa da, qarşısını almaq hələ də mümkün olmayıb. Hadisənin səbəbləri məlum deyil. Yanğının söndürülməsinə Ermənistan fövqəladə hallar naziri Armen Erityan rəhbərlik edir.
Ermənistanın baş naziri Ovik Abramyan da hadisə yerinə gəlib.
Samir