12 İyul 2016 13:48
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Sudanda baş verən vətəndaş müharibəsi ölkə əhalisini çıxılmaz duruma salıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, BMT-nin Cənubi Sudan Missiyasının yazılı açıqlamasında bildirilir ki, paytaxt Cubada baş verən kəskin döyüşlər nəticəsində 7 mindən artıq mülki əhali BMT sığınacaqlarına pənah aparıb.

Qurum tərəfləri dinc sakinlərin sığınacağa getməsinə mane olmaqda suçlayıb. BMT təhülkəsiz bölgələrdə və ətraf ərazilərdə son 24 saatda 67 nəfərin yaralandığını, onlardan 8-nin öldüyünü bildirib.

Cənubi Sudanın paytaxtı Cubada cümə günü hökumət qüvvələri ilə müxalifət qrupları arasında yenidən başlayan və paytaxtın müxtəlif bölgələrində davam edən döyüşlərdə müxaliflərdən 190, hökumətdən 44, mülki əhalidən 35, ümumilikdə isə 269 nəfər həlak olub.

2011-ci il yanvarın 9-da keçirilmiş referendumda Cənubi Sudan əhalisinin 98,83 faizi Sudandan ayrılmağa səs verib. Həmin il iyulun 9-da Cənubi Sudan müsəqilliyini elan edərək BMT-nin 193-cü, Avrika Birliyinin 54-cü üzvü olub.

Ölkədə vətəndaş müharibəsi 2013-cü ildə baş nazir Salva Kiirin müavini Riek Maşarı çevriliş hazırlamaqda günahlandırıb vəzifədən azad etməsindən sonra başlayıb.

Mahir


Müəllif:

Oxşar xəbərlər