24 İyun 2014 11:18
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna-Rusiya sərhədində “qara dəlik” yaranıb

Bu gün gecə saatlarında Ukraynanın şərqində hökumət qüvvələri tərəfindən birtərəfli qayda da elan olunmuş atəşkəş qiyamçılar tərəfindən növbəti dəfə pozulub.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, separatçılar “İzvarino” sərhəd məntəqəsini atəşə tutublar.

Sərhədçilər intensiv atışma nəticəsində sərhədin bir hissəsini nəzarətsiz buraxaraq, geri çəkilməli olublar. Nəticədə bir müddət əvvəl qapanmış Ukrayna-Rusiya sərhədində yenidən boşluq – “qara dəlik” yaranıb.

Nail Cəlil


Müəllif: