12 İyul 2016 17:19
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın yeni nazirləri

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbərliyinə hazırda ölkə Xəzinədarlığının kansleri Corc Osborn təyin edilə bilər.

Bu barədə Trend "Daily Mail" qəzetinə istinadən xəbər verir.

Tereza Mey tərəfindən başçılıq edilən yeni Böyük Britaniya hökumətinə həmçinin keçmiş müdafiə naziri Liam Foks, İcmalar Palatasının lideri Kris Greyling, energetika naziri Amber Radd, beynəlxalq inkişaf işləri üzrə nazir Castin Grining, keçmiş XİN başçısı Filip Hammond və yeni baş nazir T.Meyin rəqibi sayılan Andrea Lidsom da daxil edilə bilər.

Qəzet yazır ki, yeni hökumətdə müdafiə naziri postuna Londonun keçmiş meri Boris Conson təyin oluna bilər.

Ədliyyə naziri Maykl Gouv isə öz vəzifəsində qalacaq.

Xatıqladaq ki, hazırkı baş nazir Devid Kemeron bəyan edib ki, vəzifəsini iyulun 13-ü tərk edəcək. Onun yerini isə Böyük Britaniyanın daxili işlər naziri T.Mey tutacaq.


Müəllif:

Oxşar xəbərlər