BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Çinin Spratli arxipelaqındakı adalar üzərində "tarixi hüququnu" tanımayıb. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə arbitrajının qərarına görə Çin bu adaları Beynəlxalq Dəniz Hüququna dair Konvensiya ilə müəyyən edilən 200 millik "müstəsna iqtisadi zonaya" aid edə bilməz və bu Filippinin suveren hüququnu pozur.
Filippin bu qərarı alqışlasa da Çin qətiyyətlə rədd edir.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarları o zaman hüquqi əhəmiyyət kəsb edir ki, tərəflər əvvəlcədən mübahisə üzrə məhkəmənin yurisdiksiyasını qəbul etmiş olsun. BMT üzvü olan dövlətlər İpso facto BMT Ədalət Məhkəməsinin statutuna qoşulmuş olsalar da (statut BMT nizamnaməsinin ayrılmaz tərkib hissəsidir) məhkəmə münsif məhkəməsidir və tərəflərin əvvəlcədən mübahisə olunan məsləyə dair məhkəmənin yuridiksiyasını tanımalıdır.
Qeyd edək ki, Çin üzən atom elektrik stansiyaları yaratmaq və onları Cənubi Çin dənizindəki süni adalara yönləndirmək niyyətindədir. Spratli arxipelaqındakı süni adaların bəzilərində təyyarələr üçün enmə meydançası var. Bu adalarda sualtı kəşfiyyat gəmilərini tuta bilən radar qurğuları tikilir. Ekspertlər hesab edirlər ki, bu, Çin ordusunun imkanlarını genişləndirəcək.
Ekoloqlar üzən atom stansiyalarının ətraf mühitə zərər vuracağından narahatdır. Siyasi ekspertlər isə düşünür ki, bu, bölgədə bəzi ölkələrə hərbi təhlükə yaradacaq.
Filippin tələb edirdi ki, onun sahillərindən o qədər də uzaqda olmayan arxipelaqda Çinin hərbi məqsədli fəaliyyəti qanunsuz sayılsın. Məhkəmə iddianı təmin edib.
Ruslan