12 İyul 2016 21:58
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Yardam məscidinin imamı Mahmud Velitov saxlanılıb.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi məlumata görə, onun vəkili bildirib ki, dindara qarşı "terrorrizmə haqq qazandırmaq" barədə maddə ilə ittiham irəli sürülüb.

Məscidin imamını bazar ertəsi saxlayıblar, İnterfaks agentliyinə müsahibəsində saxlanılan şəxsin vəkili Dagir Xasasov deyib.

"O dünən saxlanılıb, evində və məsciddə axtarış aparılıb", - cənab Xasavov deyib.

Vəkilin sözlərinə görə, ittihamlar müvəkkilinin Əl-İslami telekanalına verdiyi müsahibə və xütbələrindən biri ilə bağlıdır.


Müəllif:

Oxşar xəbərlər