Fransanın şərqindəki Folschviller şəhərində 4 nəfərlik Daşdemir ailəsinin üzvləri evlərində ölü tapılıb.
Teleqraf.com xarici mediaya istinadən verdiyi xəbərə görə, evdə ana ilə 3 və 7 yaşlarındakı uşaqlarının boğularaq, atanın isə bilək damarları kəsilərək öldürüldüyü bildirilir.
Folschvillerin meri Qabriel Müller cinayətin şəhər sakinlərini şoka saldığını bildirib.
İlkin ehtimala görə, ata Daşdemir əvvəl uşaqlarını və arvadını öldürüb, daha sonra intihar edib.
Daşdemir cütlüyünün yaxınları bu ailədə bir müddətdir problemlər yaşandığını bildiriblər.
Ayxan