13 İyul 2016 09:03
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı "Kamaz" yük avtomobili Dərbənd-Anapa marşrutu ilə hərəkət edən avtobusla toqquşub.

Qəza nəticəsində 9 nəfər həyatını itirib, 24 nəfər yaralanıb. İlkin ehtimala görə, hadisəyə yük avtomobilinin qoşqosunun qopaparaq, avtobusa çırpılması səbəb olub. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Samir


Müəllif: