Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdə Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran xarici işlər nazirləri iştirak edir.
Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya əsas müzakirə məsələsi olacaq. Xüsusilə, bu sənədin yekun variantını hazırlamağa imkan verəcək konkret razılaşma üzərinə işlərin aparılması planlaşdırılır.
Qeyd edək ki, sonuncu sammit 2014-cü ilin sentyabrında Həştərxanda keçirilmişdi. Həmin sammitdə Xəzəryanı dövlətlərin fəaliyyətlərinin əsas prinsipləri razılaşdırılmışdı.
Samir