Ukrayna prezidenti Pyotr Poroşenko işğal xronologiyasından bəhs edən "Krım. Müqavimət" adlı sənədli filmin təqdimat mərasimində Krım tatarlarına muxtariyyat verməyin bir borc olduğunu söyləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Krım tatarlarına Ukraynanın suverenliyi daxilində muxtariyyat verməyin vacibliyini vurğulayan Poroşenko sözünə belə davam edib: "Krım tatarlarına muxtariyyat borcluyuq. Ukrayna rəhbərliyi bunu 20 il əvvəl etməliydi. Onda vəziyyət indikindən çox fərqli olardı".
Mahir