Fransa Türkiyənin paytaxtı Ankaradakı səfirliyini və İstanbuldakı Baş konsulluğunu bağlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Fransanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Fransa hökuməti buna səbəb kimi təhlükəsizlik məsələlərini göstərib: "Bizim Ankaradakı səfirliyimiz və İstanbuldakı Baş konsulluğumuz təhlükəsizlik səbəbindən bu gündən etibarən qeyri-müəyyən müddətə bağlanıb. Bununla bağlı Türkiyə hökuməti məlumatlandırılıb".
Samir