13 İyul 2016 21:45
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və İtaliya prezidenti Matteo Rensi avqustun sonunda görüşəcəklər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, üçtərəfli görüşdə Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı keçirdiyi "Brexit"in nəticələri müzakirə olunacaq. Bununla bağlı Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Fol məlumat verib.

Onun sözlərinə görə, görüşün dəqiq formatı və yeri məlum deyil: "Çox güman ki, liderlər İtaliyada görüşəcək".

Samir


Müəllif:

Oxşar xəbərlər