Böyük Britaniyanın baş naziri David Kameron iyulun 13-də kraliça II Elizabetlə görüşüb və ona rəsmi istefa ərizəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, o, həmçinin mühavizəkarların yeni lideri Teresa Mayın bu vəzifəyə təyin edilməsini məsləhət görüb.
Teresa May iyulun 13-də Böyük Britaniyanın yeni baş naziri təyin edlməlidir. David Kameron iyulun 12-də baş nazir kimi kabinetin son iclasını keçirib.
O iyunun 23-də ölkənin Avropa Birliyindən çıxması ilə nəticələnən referendumdan sonra istefa verəcəyini bəyan eləmişdi.
Kameron ölkəsinin Avropa Birliyində qalmasını istəyirdi.