14 İyul 2016 00:36
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz daha yaxşı Britaniya quracağıq”.

Trend-in məlumatına görə, bunu iyulun 13-də Böyük Britaniya Kraliçası II Elizabetin Baş nazir təyin etdiyi Tereza Mey deyib.

O qeyd edib: “Biz hazırda mühüm mərhələdəyik, böyük milli dəyişikliklərin vaxtı çatır. Biz Böyük Britaniya olaraq, bu çağırışları qəbul edəcəyik. Bu dövlət hamının olacaq. Bu, başçılıq etdiyim hökumətin missiyası olacaq. Biz daha yaxşı Britaniya quracağıq”.

Xatırladaq ki, xanım T.Mey II Elizabetin hakimiyyəti dövründə ümumilikdə 13-cü Baş nazirdir və Britaniya tarixində bu postu tutan ikinci qadındır.

Bundan əvvəl o, Daxili İşlər Nazirliyinə rəhbərlik edib. “Brexit” ərəfəsində Birləşmiş Krallığın Avropa İttifaqını tərkibində qalmasına tərəfdar idi. Yeni Baş nazir, həmçinin miqrasiyanın məhdudlaşdırılmasının tərəfdarıdır.


Müəllif:

Oxşar xəbərlər