14 İyul 2016 13:40
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gələcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti ilə iyulun 14-15-də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Çavuşoğlunun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulur.

Keçirəcəyi görüşlərdə türkiyəli nazir ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər