15 İyul 2016 13:17
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa polisi Nitsa terrorunu törədən şəxsin evində axtarışlara başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı şəhər polisi məlumat verib. Yük maşınında tapılan sürücülük vəsiqəsinin terrorçuya aid olduğu aydınlaşıb.

Almaniya və İtaliya Fransa ilə sərhəddə təhlükəsizliyi gücləndirib. Bununla bağlı Fransa tərəfi məlumatlandırılıb.

Bu arada, yayılan məlumatlara görə, Avropa Birliyi xarici işlər nazirləri iyulun 18-də keçirəcəkləri sammitdə Nitsa terrorunu müzakirə edəcəklər.

Saat 11:12

Fransanın Nitsa şəhərindəki terror aktı ilə bağlı yeni faktlar məlum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terroru törədən 31 yaşlı Tunis əsilli Fransa vətəndaşı hücumda istifadə etdiyi yük maşınını kirayəyə götürüb.

Bundan başqa, şəhər polisindən verilən məlumata görə, cinayətkar şəhərə və ətraf ərazilərə çox yaxşı bələd olub: "O, yük maşınını gizli yollarla bayramın təşkil olunduğu küçəyə gətirib. Güman olunur ki, terrorçu hücumu uzun müddətdir planlaşdırıb".

Saat 09:11

Xəbər verdiyimiz kimi, Fransanın Nista şəhərində naməlum şəxs silahlarla və qumbaralarla dolu yük maşınını Bastiliya Günü münasibətilə toplaşmış izdihamın üzərinə sürüb.

Fransa Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henri Brandet yük maşınının sürücüsünün “neytrallaşdırıldığını” deyib: "Hücumçu idarə etdiyi avtomobillə 2 kilometr boyunca insanları əzib". Amma yük maşını kabinəsində olanların dəqiq sayı açıqlanmır.

Şahirdlərin sözlərinə görə, yük maşını kütlə üzərinə sürülüb, daha sonra sürücü maşından çıxaraq kütləyə atəş açıb.

Nitsa polisi 31 yaşlı hücumçunun Tunis əsilli olduğunu açıqlayıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Hadisədən sonra Fransa prezidenti Fransua Olland jurnalistlər qarşısına çıxıb. O, hadisədən kədərləndiyini və cinayətkarların tezliklə cəzalandırılacağını bildirib: "Ölkədə fövqəladə rejim daha 3 ay davam edəcək. Hücum zamanı ölənlərdən çoxu azyaşlıdır".

Verilən məlumatlarda bildirilib ki, Olland bu gün terrorun baş verdiyi yerə baş çəkəcək.

Bu arada, Fransa Səhiyyə Nazirliyi hücum zamanı ölən və yaralıların sayını açıqlayıb: "Nitse şəhərində baş verən terror aktında 84 nəfər həyatını itirib, 120 nəfər yaralanıb. Ölən və xəsarət alanlar arasında əcnəbilər də var".

Saat 01:16

Fransanın Nitsa Şəhərində terror aktı törədilib.

Teleqraf.com xəbər verir ki, terror aktı nəticəsində təxminən 50 nəfər qətlə yetirilib.

Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. Daha sonra terrorçular ətrafa atəş açıblar.

Ruslan


Müəllif:

Oxşar xəbərlər