15 İyul 2016 11:07
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Nitsa şəhərində yük maşını ilə həyata keçirilən terror aktından sonra beynəlxalq aləm hadisəni pisləyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrora ilk reaksiyanı ABŞ prezidenti Barak Obama və Avropa İttifaqı Şurasının sədri Donald Tusk verib.

ABŞ prezidenti Barak Obama Fransanın Nitsa şəhərində törədilən terror aktını pisləyib. Ağ Ev rəhbəri olayı “dəhşətli terror aktı” adlandırıb. Dualarının həyatlarını itirənlərin ailələriylə olduğunu deyən Obama yaralılara şəfa diləyib.

Bundan başqa, ABŞ lideri Fransada baş vermiş hadisələrin araşdırılması və günahkar şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri yardımların olunması təklifi ilə çıxış edib. Obama qeyd edib ki, ABŞ Fransanın yanındadır.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk da Fransada törədilən terror ilə bağlı verdiyi açıqlamada bildirib ki, bu terror hücumu Avropa üçün, bütün dünya üçün kədərli hadisədir: "Hamımız terrordan əziyyət çəkənlərin ailələri, fransız xalqı və hökumətinin yanındayıq".

Almaniya kansleri Angela Merkel jurnalistlərə açıqlamasında Nitsada baş verənləırdən kədərləndiyini deyib: "Bütün alman xalqı Nitsa hücumundan həyatını itirən və zərər çəkən fransız dostların yanındadır".

Estoniya baş naziri Taavi Royvas sosial şəbəkə vasitəsilə Fransadakı terror hadisəsinə münasibət bildirərək, həyatını itirənlərin ailələrinə və Fransız xalqına başşağlığı verib.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviks də Nitsa şəhərində törədilən terror hücumunu pislədiyini və ölkəsinin kədər içində olan Fransanın yanında olduğunu bildirib.

Belçikanın baş naziri Çarls Mişel də Fransadakı terror aktını pisləyən açıqlama verib. O, dost fransız xalqı və xain hücumda həyatını itirənlərin ailələrinin yayında olduqlarını, onların kədərlərini bölüşdüklərini qeyd edib.

Səudiyyə Әrəbistanının Xarici İşlər Nazirliyi də Fransanın Nitsa şəhərində həyata keçirilən terror hücumunu sərt şəkildə pisləyən açıqlama yayımlayıb.

Ukrayna prezidenti Petro Poroşenko Tvitter hesabından hadisə ilə bağlı fikirlərini bölüşüb: "Nitsa şəhərində qorxunc hücum. Şokdayam. Fransa xalqına başsağlığı verirəm".

Samir


Müəllif:

Oxşar xəbərlər