15 İyul 2016 21:16
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəxsiyyəti müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, əslən Tunisdən olan Məhəmməd Lahouaiej Bulel adlı şəxs həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya düşüb.

Şübhəlinin 3 övladı olub. Onun keçmiş həyat yoldaşı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, ötən gecə Nitsa şəhərində Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə insanların ölümü ilə nəticələnən hadisə baş verib. İnsident yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 01:30-da) şəhərin dənizkənarı bulvarında yaşanıb. Yük maşını insanların üstünə gələrək çırpıldıqdan sonra, atəş səsləri eşidilib.

İddiaya görə, adıçəkilən şəxsin şiddətə meyillilik və silah saxlamaq ittihamları ilə bağlı polisdə qeydiyyatı var.

Fransız polisi daha öncə qətliamı "yanlız qurd"un (yəni radikallaşan, İŞİD terrorçularının "buraya gəlməyin, olduğunuz yerdə terror törədin" çağırışına əməl edən şəxs) törətdiyini qeyd etmişdi.


Müəllif: