ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp vitse-prezident postuna İndiana qubernatoru Mayk Pensin namizədliyini irəli sürüb.
APA-nın məlumatına görə, D.Tramp bu barədə özünün “Tvitter” səhifəsində yazıb.
“Məmnunluqla bildirirəm ki, qubernator Mayk Pensi vitse-prezident postuna namizəd seçdim. Bununla bağlı mətbuat konfransı keçiriləcək”, D.Tramp yazıb.
Qeyd edək ki, tanınmış radio-aparıcı və siyasətçi, irland əsilli Mayk Pens 2010-cu ildə İndiana ştatının qubernatoru seçilib.