Qiyamçıların ələ keçirdiyi və Ankaranın hava məkanında uçaaraq, dövlət idarələrini bombalayan təyyarə və vertolyotlar vurulacaq.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım əmr verib. Əmrə əsasən, Eskişehirdəki hava bazasından havaya qalxan hərbi təyyarələr Ankara istiqamətində yola çıxıb.
Qeyd edək ki, Baş nazir qiyamçıların təyyarələri təslim etməyəcəyi halda onların vurulacağını bildirmişdi.
Nihad