16 İyul 2016 12:17
1 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisini əvəz edən Ümit Dündar baş verən hadisələrlə bağlı ilk dəfə açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, hərbi çevrilişə cəhdin qarşının alındığını bildirib:

"Prezidentimiz, Baş nazirimiz, nazirlərimiz və Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələri ilə birlikdə müqavimət göstərərək çevrilişin qarşısını alıb.

Baş Qərargahda və digər məntəqələrdəki çoxlu sayda komandirlər qiyamçılar tərəfindən girov götürülüb və naməlum istiqamətdə aparılıb. Ankara və İstanbulda bir çox dövlət müəssisələri ələ keçirilib. Qiyamçılar media sektoruna da hücum ediblər. Hazırda vəziyyət tam nəzarət altındadır.

Çevrilişin qarşısının alınmasında Türkiyə xalqının da rolu danılmazdır. Onlar tankların qarşısına çıxaraq demokratiyaya və cumhuriyyətə sahib çıxıblar. Dövlət və millət əl-ələ verib bu çevrilişi uğursuzluğa düçar etdi. Ancaq təəssüflər olsun ki, 90 əsgərimiz şəhid oldu,1154 nəfər yaralanıb. Bu xəyanətdə ittiham olunan 1563 əsgər həbs olunub, 104 qiyamçı isə öldürülüb. Silahları xalqa tərəf çevirən şəxsləri millət heç vaxt unutmayacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər