ABŞ-ın Baton-Ruj şəhərində atışma nəticəsində 3 polis əməkdaşı ölüb, çoxlu sayda polis əməkdaşı yaralanıb. APA-nın məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb. Atışmada iştirak edən şübhəlilər hələ azadlıqdadır. Qeyd edək ki, iyulun əvvəlində Baton-Ruj şəhərində polis afroamerikalı şəxsi güllələyib. Bu hadisədən və Minnesotda başqa bir afroamerikalının öldürülməsindən sonra ABŞ-ın bir çox şəhərində etiraz aksiyaları başlayıb. Baton-Ruj şəhərində aksiya zamanı polis 160 aksiya iştirakçısını saxlayıb.