Xüsusi təyinatlıların köməyi ilə Türkiyə polisi Konyada aviabazada əməliyyat keçirib.
Trend-in Haberturk portalına istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində hərbi çevrilişə cəhddə şübhəli bilinən 7 nəfər saxlanılıb.
Əməliyyatda 500 polis əməkdaşı iştirak edib. Əməliyyat zamanı hərbçilər müqavimət göstərməyib.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.