ABŞ dövlət katibi Con Kerri Türkiyədə hərbi çevrilişi təşkil etməkdə günahlandırılan Fətullah Gülənin ekstradisiyasi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, Türkiyədən onun ekstradisiyası barədə rəsmi istək gəlmədiyini deyib.
"Amma bizə Türkiyədən rəsmi tələb bildirilərəsə, onu dəyərləndirərik. ABŞ heç kimi saxlamır. Bizim Türkiyə hökumətindən istəyimiz dəlillərdir. ABŞ-a ekstradisiyanı şərtləndirəcək dəllilərin bizə verilməsi vacibdir".
Kerri deyib ki, Türkiyə hökuməti artıq söz edilən sənədləri hazırlayıb və qısa bir müddət ərzində ABŞ-ın aidiyyəti qurumlarına təqdim edəcək.