Türkiyə Silahlı Qüvvələrinin 1800 xüsusi təyinatlısı İstanbula daxil olub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xüsusi təyinatlılar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün şəhərə yeridilib.
Məlumatlara görə, hazırda strateji əhəmiyyətli obyektlər xüsusi zirehli texnikalar vasitəsilə qorunur. Bölgə polis rəisi Mustafa Çalışkan bildirib ki, icazəsiz havaya qalxan helikopterlər xəbərdarlıq edilmədən vurulacaq.
Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində 290 nəfər həyatını itirib, 1400-dən çox insan yaralanıb. Ümumilikdə, hadisələrdə şübhəli bilinən 6000-dən çox şəxs saxlanılıb.
Samir