Xəbər verdiyimiz kimi, naməlum silahlılar bazar günü səhər saatlarında İrəvanın mərkəzindəki polis bölməsini ələ keçiriblər.
Hadisə zamanı girov götürülən şəxslərdən daha biri azad edilib. Bununla bağlı Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb: "Bu gün səhər saatlarında silahlılar bir girovu azad etmişdi. Daha bir şəxsin azad edilməsinə nail olduq. Hazırda 4 nəfər girovluqda saxlanılır".
Saat 09:57
İrəvanda polis binasını ələ keçirən silahlı şəxslər girovlardan birini azad edib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, hazırda 5 nəfər, o cümlədən Ermənistanın polis rəisinin müavini Vardan Yeqiazaryan və İrəvan polis rəisinin müavini Valeriy Osupyan girov saxlanılır.
Qeyd edək ki, silahlı şəxslər bazar günü səhər saatlarında İrəvandakı polis bölməsinə hücum edib. Hücum zamanı 1 polis əməkdaşı həyatını itirib, 3 nəfər yaralanıb. Xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı iki nəfər girovluqdan azad edilib.
Hücumçular qanunsuz silah əldə etmə və saxlamada ittiham olunan "Yeni Ermənistan" ictimai birliyinin lideri Jirayr Sefilyanın azad edilməsi tələbini irəli sürüblər.
Samir