İraq ordusu İŞİD terror təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı Ənbar vilayətinin Ad-Dulab rayonunu azad edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İraq ordusunun komandiri Human əz-Zubai məlumat verib.
Onun sözlərinə görə, əməliyyat zamanı 73 terrorçu öldürülüb, İŞİD-ə məxsus 3 zirehli avtomobil və xeyli sayda əldəqayırma partlayıcı zərərsizləşdirilib.
Samir