Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi aviasiya məsələləri üzrə müşaviri Erkan Kıvrak saxlanılıb.
Teleqraf.com "Associated Press" agentliyinə istinadən xəbər verir ki, Kıvrak məzuniyyət zamanı saxlanılıb. Antalya polisində dindirilmədən sonra o, Ankaraya göndərilib.
Qeyd edək ki, hərbi çevrilişə cəhd ilə əlaqədar Ərdoğanın hərbi məsələlər üzrə müşaviri Ali Yazıçı da saxlanılmışdı.
Samir