20 İyul 2016 15:11
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər bir Gürcüstan vətəndaşı oktyabrın 8-də ölkədə keçiriləcək parlament seçkilərində iştirak etməlidir. Fikrimcə, bununla biz insidentlərin qarşısını ala bilərik".

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili "Rustavi-2" telekanalına müsahibəsində deyib:

"Əgər biz hansısa siyasətçidən incimişiksə, bu o demək deyil ki, seçkilərdə iştirak etməməliyik. Seçkilərdə iştirak etməməyimiz qəbuledilməz qüvvənin qalibiyyəti deməkdir".

Marqvelaşvili Odessa vilayətini qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini də tənqid edib və bildirib ki, o, seçki öncəsi ölkədə gərginlik yaratmaq istəyir: "Bunun hansı anlama gəlməsini təsəvvür edin. Axtarışda olan sabiq prezident Gürcüstana qayıtmaq barədə düşünür. O, ölkədə qarışıqlıq yaratmaq və vəziyyəti gərginləşdirmək istəyir. Bununla da Saakaşvili ölkəyə qayıda biləcəyini düşünür".

Samir


Müəllif:

Oxşar xəbərlər