21 İyul 2016 11:53
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Avstriyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com Reuters agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Avstirya xarici işlər naziri Sebastyan Kurts məlumat verib:

"Yayılan məlumatlara görə, Türkiyə hökuməti prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək üçün Avstriyadakı türkləri Vyanada aksiyalar keçirməyə çağırıb. Avstriya hökuməti bu məlumatı dəqiqləşdirmək üçün türkiyəli diplomatı nazirliyə dəvət etdik".

Qeyd edək ki, Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edilib. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının qərarını açıqlayaraq bəyan edib.

Samir


Müəllif: