Çinin Hıbey əyalətində şiddətli yağışlar güclü selə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər həyatını itirib, 72 nəfər itkin düşüb.
Məlumatlara görə, güclü sel və torpaq sürüşməsi bir kəndi tamamilə dağıdıb. Bölgədə fövqəladə vəziyyət elan edilib, təyyarə və qatar səfərləri təxirə salınıb.
Çinin Meteorologiya idarəsi isə yağışların hələ bir müddət davam edəcəyini bildirib.
Elvin