Türkiyənin Sivas şəhərindəki 5-ci piyada briqadanın rəisi, general Fatih Cəlaləddin Kar Fəthullah Gülən şəbəkəsi ilə yaxın əlaqədə olduğunu etiraf edib.
Teleqraf.com hurriyet.com-a istinadən xəbər verir ki, general istintaqa ifadəsi zamanı nurçularla əlaqələrinin olduğunu, zaman-zaman bu şəbəkəyə məxsus yurdlara və evlərə getdiyini, sistemli olaraq toplantılara qatıldığını ifadə edib:
“1988-1992-ci illər arasında camaata yaxın marağım var idi. Bu müddət ərzində evlərə və yurdlara getdim, yığıncaqlarda aktiv iştirak etdim. 10 il müddətində camaata xidmət etdim”.
Daha sonra general əlavə edib ki, 2007-ci ildən sonra, xüsusilə Balyoz və Ergenekon əməliyyatlarının ardınca bu şəbəkədən uzaqlaşmaq xətti götürüb: “Bu hadisələrdən sonra əlaqələrimi dayandırdım”.
Fatih Cəlaləddin Kar daha sonra çevriliş cəhdi haqqında danışarkən insanların bombalanmasının kədərli olduğunu dilə gətirib.
Nemət