21 İyul 2016 17:50
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələri (TSK) 15 iyul dövlət çevrilişinə cəhddən sonra ikinci açıqlamasını yayıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, “bu zillət və rəzaləti yaşadanlar ən ağır şəkildə cəzalandırılacaq” başlığı ilə yayılan açıqlamada bəzi məqamlar yer alıb.

Açıqlamada 15 iyulda çevriliş cəhdinin qarşısını almaq üçün general Akın Öztürkə müəyyən əmrlərin verildiyi də bəyan edilib.

TSK-nın açıqlamasında öncə bundan əvvəl yaydığı məlumata diqqət çəkilir:

"Daha əvvəl açıqlandığı kimi 15 iyul, saat 16:00 radələrində Milli Kəşfiyyat İdarəsi tərəfindən verilən informasiya əsasında Baş Qərargah rəsi, Quru Qoşunları komandanı və Baş Qərargah rəisinin birinci müavini ilə birlikdə informasiya qiymətləndirilib. Bu qiymətləndirməyə uyğun olaraq Baş Qərargah rəisi general-polkovnik Hulisi Akar tərəfindən Türk Silahlı Qüvvələri ilə bağlı bir sıra əmr və direktivlər imzalanıb.

Silahlı Qüvvələr Hərəkət Mərkəzinə telefonla zəng edilib və türk hava sahəsində ikinci bir əmrə qədər heç bir təyyarə və vertolyotların havaya qalxmaması, qalxanların dərhal yerə endirilməsi əmri verilib.

Quru Qoşunlarının Aviasiya Komandanlığına gedilərək oradakı şəxsi heyətə hava vasitələrinin uçmaması üçün lazım olan tədbirlər alınıb.

Etimesqutdakı zirehli birliklər məktəbi və Təhsil Divizya Komandanlığına gedilərək tank və zirehli vasitələr başda olmaqla bütün hərəkatların dayandırılması və heç bir şəkildə zirehli texnikanın bayıra çıxarılmaması əmr verilib.

Baş Qərargahın rəis müavini tərəfindən Hava Qüvvələri Komandanlığının Hərəkat Mərkəzi ilə təmas qurulub və Türk Hava Qüvvələrinin aid bütün vasitələrin uçuşlarının dayandırılması təlimatı verilib.

TSK-nın məlumatında qeyd olunur ki, TSK-nın ayrılmaz bir parçası olan və millət üçün var olan Hava Qüvvələrinə sızmış olan qeyri-qanuni şəbəkə mənsubu olan terrorçuların cəhdlərinin qarşısını almaq üçün Baş Qərargah rəisi, general Hulusi Akarın təlimatları əsasında bu şəbəkə mənsubları ilə mübarizə aparılıb və sonda vəziyyət tam nəzarət altına alınıb.

Vurğulanır ki, Baş Qərargahın uçuşları dayandırmaq və havadakı təyyarələrin endirilməsi haqqında təlimat Hava Qüvvələrini Hərəkət Mərkəzinə çatdırılıb, bu əmr Əskişəhərdəki Hava Hərəkət Mərkəzi tərəfindən bütün birliklərə təbliğ edilib, uçuşların dayandırılması ilə bağlı əməliyyat saat 19:26-da tamamlanıb. Əmr 19:26 və 20:31-dən radələrində təkrarlanıb. Hava Qüvvələri Hərəkət Mərkəzi və Eskişəhər hava Hərəkəti Mərkəzində vəzifə başında olan personal tərəfindən direktiv yaxından təbliğ edilib.

... Ayrıca hava Qüvvələri Komandanlığının Ankarada Akıncı hərbi bazasının lojmanlar ərazisində olan general Akın Öztürkə 4-cü Ana Jet Hərbi Bazası Akıncıdan qalxan təyyarələrin qeyri-qanuni olduğunu bildirilib və ondan dərhal Akıncı bazasına gedərək orada havaya qalxmağı istəyənlərə əmri çatdırmağı və bu proseslərin qarşısını almaq əmri verilib.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər