24 İyun 2014 19:38
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurulacaq briqada üçün mərkəzi hökumətdən kömək istənildi

İraq Türkmən Cəbhəsinin təmsilçisi, sabiq Diyala millət vəkili Həsən Özmən Kərkükdə türkmənləri müdafiə etməkdən ötrü qurulacaq briqada üçün mərkəzi hökumətdən kömək istəyib. Özmən Kərkükün “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının idarəsində olan cənub və orta bölgələrindəki türkmənləri qorumaq üçün 6 min nəfərlik bir briqada qurma işinə başladıqlarını söyləyib.

Briqada üçün beynəlxalq ictimaiyyətdən, xüsusilə BMT Təhlükəsizlik Şurasından kömək tələb edən Özmən "Qurulacaq briqadaya mərkəzi hökumət və Şimali İraq rəhbərliyi dəstək olmalıdır. Əks halda, bu briqada təkbaşına terrorçularla mübarizə edə bilməz" - deyə, vurğulayıb.

Nail Cəlil


Müəllif: