Ermənistan prezidenti Serj Sərkisyan hökuməti istefaya göndərməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Aykakan Jamanak" qəzeti məlumat yayıb.
Məlumatlarda bildirilib ki, hakimiyyətin dəyişməsi bir qrup şəxsin İrəvanda polis alayına hücumundan sonra Sərkisyanı düşdüyü çıxılmaz vəziyyətdən xilas edəcək. Bununla da Sərkisyan prezidentin istefasını tələb edən müxalifətçiləri razı salacağını düşünür:
"Məlumdur ki, Jerayr Səfilyanın azad olunması məsələsində silahlılar və hökumət 3-cü variantın irəli sürülməsini təklif edib. İstisna edilmir ki, tərəflər razılığa gələcək və hökumət istefaya göndəriləcək".
Samir