23 İyul 2016 13:49
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Bəşər Əsəd rejiminə qarşı dəstəyinə son versə, Səudiyyə Ərəbistanı ona Körfəz Əməkdaşlığı Şurası Bazarına və regional investisiyalar fonduna giriş imkanları təklif edəcək".

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl Cubeyr “Politico.eu” saytına müsahibəsində bildirib. “Biz Yaxın Şərqdə Rusiyaya onu Sovet İttifaqından daha güclü edəcək pay verməyə hazırıq” - deyə xarici işlər naziri qeyd edib.

Rusiya Strateji Araşdırmalar İnstitutu direktorunun müşaviri Yelena Suponina isə səudiyyəli nazirin açıqlamasını primitiv adlandırıb, onu siyasi təcrübəsizlikdə ittiham edib. Müşavir deyib ki, Rusiyanın beynəlxalq arenadakı mövqeyi neft dollarları ilə ölçülmür. Ekspert ölkə maraqlarının da yalnız Bəşər Əsədi dəstəkləməklə məhdudlaşmadığını da vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər