Əfqanıstanda şənbə günü baş vermiş terror hadisəsi zamanı həlak olanlara görə matəm elan olunub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 80 nəfərin ölümü və 230 nəfərin yaralanması ilə nəticələnmiş hücumdan sonra ölkədə milli matəm elan edilib.
Hökümət teraktdan sonra 10 gün müddətinə bütün toplaşmalara və nümayişlərə qadağa qoyub.
Terakta görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.