26 İyul 2016 15:48
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Laosda görüşüb.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, görüş zamanı əsasən, terrorçuluqla mübarizə məsələsi müzakirə olunub.

Müxalifət və terrorçular arasında incə sərhəd

Görüşdən sonra jurnalistlərə açıqlama verən Sergey Lavrov bildirib ki, ABŞ hələ də suriyalı müxaliflərlə terrorçuları ayırd edə bilmir: "Amerikalı tərəfdaşlarımız ilin əvvəlindən bizi əmin etdilər ki, onlar terrorçularla müxalifləri seçə biləcəklər. Ancaq hələ də bacarmırlar".

Onun sözlərinə görə, Suriyada terrorçuların nəzarətində olan ərazilərdə yaşayan müxaliflər danışıqlar prosesində iştirak etmək istəyir və ABŞ buna imkan yaratmalıdır.

"Danışıqlar üzrə ali komitə çıxılmaz vəziyyətdədir"

Lavrov əlavə edib ki, Cenevrə Suriya danışıqlarını mümkün qədər tez bərpa etmək lazımdır: "Danışıqların növbəti raundu başlamalıdır. Dəməşq hökuməti müxaliflərlə danışıqlara getməyə razıdır, ancaq nədənsə danışıqlar üzrə ali komitə heç bir konstruktiv mövqe sərgiləmir".

Samir


Müəllif:

Oxşar xəbərlər