Dünən gecə güc strukturlarının rəhbərləri ilə görüşü zamanı Ukrayna prezidenti onlara terrorçuların hücumlarına tərəddüd etmədən cavab verməyi əmr edib.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, atəşkəs elan olunandan bəri separatçılar Ukrayna hərbçilərinə 35 dəfə atəş açıblar.
Qeyd olunur ki, Poroşenko atəşkəs rejiminin vaxtından əvvəl ləğv ediləcəyini istisna etməyib.
Nihad