"Hərbi çevrilişə cəhddə iştirak edən hərbçilərin sayı 8651 nəfərdir".
Teleqraf.com "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bu məlumat Türkiyə Silahlı Qüvvələrinin hesabatında deyilir:
"İyulun 15-də gerçəkləşidirilən çevrilişə cəhddə iştirak edənlərdən 1214 nəfəri tələbə olub. Bu hadisələrdə iştirak edən 8651 nəfər Türkiyə Silahlı Qüvvələrinin tam heyətinin 1,5 faizi deməkdir.
Qiyamçılar 35 təyyarə, 74 tank, 3 gəmi, 37 helikopter və 246 zirehli avtomobildən istifadə ediblər".
Qeyd edək ki, məlum hadisələr zamanı 249 nəfər şəhid olub, 1600 nəfər yaralanıb.
Samir