28 İyul 2016 12:20
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 26-da Urmiyədə irqçiliyə qarşı keçirilən etiraz aksiyasında onlarla soydaşımız yaxalanıb.

Teleqraf.com GünAz TV-yə istinadən xəbər verir ki, son məlumata görə, yaxalanan aksiyaçılardan bəziləri bir neçə saat saxlanılıb və sorğu-suala tutulduqdan sonra azad edilib. Azad edilən fəallardan hələlik Əli Əzizi və Ulduz Qasiminin kimliyi müəyyən edilib.

Təbriz aksiyasında yaxalanan fəallar barəsində isə hələ də hər hansı bir məlumat yayılmayıb, onların hətta harada saxlanıldığı da məlum deyil.

Qeyd edək ki, “Tərh-i No” qəzetinin türkləri təhqir etməsinə qarşı keçirilən etiraz aksiyaları iyulun 28-də də davam edəcək. Növbəti etiraz aksiyalarına bir neçə Azərbaycan təşkilatı, o cümlədən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, DİRƏNİŞ və Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatları rəsmi dəstək veriblər.
Xatırladaq ki, Şərqi Azərbaycanda nəşr olunan dövlət qəzeti “Tərh-i No” iyulun 20-də türklərə qarşı təhqiramiz yazı dərc edərək onları bədbəxt, irqi pis və s. kimi sözlərlə təqdim edib. Bundan sonra ilk olaraq sosial şəbəkələrdə başlayan etirazlar Azərbaycanın böyük şəhərlərində davam etdirilib. “Tərh-i No” qəzetinə etirazlar hələ də səngiməyib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər