Rusiya prezidenti Vladimir Putin işində buraxdığı nöqsanlara görə Nikita Belixı Kirov vilayətinin qubernatoru vəzifəsindən azad edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Kremlin saytında məlumat yerləşdirilib. Bildirilib ki, onun vəzifəsini İqor Vasilev yerinə yetirəcək.
Bundan başqa, Putinin digər əmri ilə Sevastopol vilayətinin qubernatoru Sergey Menyaylo da vəzifəsindən azad edilib və Sibir Federal bölgəsinə göndərilib.
Samir