Moskva və Ankara arasında "Türk Axını" qaz kərəi layihəsinin müzakirələri yenidən başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Rossia24" telekanalına açıqlama verib.
"Layihə çərçivəsində iki xəttin inşa edilməsi üçün Türkiyə tərəfi ilə danışıqlara başlanıb. İkinci xətt vasitəsilə Avropanın cənub-şərq bölgəsini qazla təmin etməyi planlaşdırırıq".
Qeyd edək ki, layihənin müzakirə ötən ilin noyabrın 24-də rus Su-24 qırıcısının türk F-16-ları tərəfindən vurulması nəticəsində iki ölkə arasındakı münasibətlər kəskinləşdikdən sonra dayandırılmışdı.
Samir