25 İyun 2014 10:58
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkisində Ərdoğanın namizədliyi dəqiqləşib. Bu, ötən gün keçirilən “Mərkəz Qərar İdarə Heyəti”nin konfransında qərara alınıb.

Axar.az xəbər verir ki, bu barədə hökumətə yaxın “Türkiyə” qəzeti xəbər yayıb. Məlumatda artıq son qərarın verildiyi və Ərdoğanın prezident seçkisində namizəd olacağı bildirilib. Bununla bağlı artıq AKP-nin vəkilləri imzatoplama kampaniyasına başlayıblar.

AKP-nin namizədinin ictimaiyyətə açıqlanması iyulun 1-nə planlaşdırılıb. Ərdoğanın namizədliyini açıqlayacaq şəxsin onun müavini Məhmət Ali Şahin olduğu iddia olunur.

AKP-nin 313 millət vəkilinin imzası və Ərdoğanın namizədliyini təsdiq edən sənədin iyulun 1-i Türkiyə Parlamentinə təqdim olunacağı yayılan məlumatlarda yer alıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkisi avqustun 10-da keçiriləcək. namizədlərdən biri 51-%-lik barajı aşmayacağı təqdirdə ikinci tur avqustun 24-də baş tutacaq.


Müəllif: