30 İyul 2016 12:05
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələ də Qərbdən Türkiyəyə başsağlığı üçün gələn olmayıb”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında təşkil edilən Şəhidlərin xatirəsini anma mərasimində çıxış edərkən deyib:

“15 iyulda Türkiyədə baş verən hadisələr zamanı 240 nəfər şəhid olub, 2191 nəfər yaralanıb. Bunu ancaq kafir edə bilərdi. Bunu “Mən müsəlmanam, mən türkəm” deyən biri edə bilərmi? Bunların bu millətlə əlaqəsi yoxdur. Bunlar mənim əsgərimin, polisimin, dövlət təşkilatlarımızın içinə sızıb. Bəziləri bizə ağıl verir. Qərb “keçmiş olsun” deyir, sonra qayıdır ki, “Vəzifəsindən, işdən çıxarılanlarla bağlı narahatıq”. Siz öz işinizlə məşğul olun. Mənim ölkəmdə çevrilişə cəhd olacaq, sən də bir başsağlığı verib, doqquz nəsihət edəcəksənsə, get, o ağlı özünə ver.

Əgər 15 iyulda çevriliş baş tutsaydı, hər kəs üçün 16 iyuldan başqa həyat başlayacaqdı. Amma millətimiz ortadakı təhdidi görüncə çevriliş cəhdinə qarşı çıxdı, dövlətinin və rəhbərliyinin yanında oldu… Hətta siyasi düşüncə fərqi olan insanlar da bir araya gəldi, gələcəyə ümid bəxş etdi… Bu gün Türkiyənin yolu daha işıqlı və daha aydındır. Ancaq gələcəyə baxmaq zamanıdır. 15 iyulu dövlət və millət olaraq bir başlanğıc təqviminə çevirməliyik”.

Türkiyənin Baş naziri Binali Yıldırım da mərasimdə çıxış edib, şəhidlərin qanını yerdə qoymayacaqlarını bu sözlərlə bildirib: “Bu gün ən böyük tərif əziz şəhidlərin ruhu üçündür. 15 iyul gecəsinə qədər o qəhrəmanlar yalnız sizin uşaqlarınız idisə, bu gün bu şəhidlər bütün türk millətinin uşaqlarıdır… Xalqın gücü tankın gücünü məğlub etdi. Türkiyə Silahlı Qüvvələri içindən Fətullahçı Terror Təşkilatı ünsürlərini təmizlədik. Bütün terrorçular və təhrikçilər tək-tək ayırd ediləcək. Bizə maşa uzadanların əlini qırarıq”.

Samir


Müəllif:

Oxşar xəbərlər