Terrorçular İraqın şimalında, Kərkük şəhərinin 15 kilometrliyində yerləşən qaz-kompressor stansiyasına hücum ediblər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrinin mənbələrinə əsasən “Reuters” məlumat yayıb.
Hazırda təhlükəsizlik qüvvələrinin stansiyaya nəzarət edib-etmədikləri bilinmir. Agentliyin məlumatına görə, insident nəticəsində polislərin və stansiyanın işçiləri arasında yaralananların ola bilər.
Hücuma görə heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.