15 iyul hərbi çevriliş cəhdi ilə bağlı Türkiyə Futbol Federasiyasında araşdırmalar başlanılıb.
Axar.az xəbər verir ki, milli komandanın baş məşqçisi Fatih Terim başda olmaqla Futbol Federasiyanın idarə heyətinin əməkdaşlarının evində axtarışlar aparılıb.
Əməliyyat Daxili İşlər Nazirliyinin xüsusi qrupu tərəfindən həyata keçirilib.
Futbol federasiyasında 7-8 hakimin gülənçilərlə əlaqəsi olduğu təxmin edilir.