25 İyun 2014 12:25
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

250 terrorçu antiterror qruplaşmasının mövqelərin doğru irəliləyir

Bu gün erkən saatlarda Antrasitdə separatçılar Ukraynanın antiterror qüvvələrinin mövqelərini top atəşinə tutublar. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yaralanan, xəsarət alan olmayıb.

"İnformasiya müqaviməti" qrupunun operativ məlumatlarına görə, hazırda terrorçular Kramatorsk istiqamətində də öz fəaliyyətlərini aktivləşdiriblər. Belə ki, sayı 250 nəfərdən ibarət olan terrorçu qruplaşmanın hökumət qüvvələrinin mövqelərinə yaxınlaşması müşahidə olunur.

Nail Cəlil


Müəllif: