Gecə saatlarında radarlardan itən Rusiyanın An-2 təyyarəsinin qalıqları tapılıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hadisədən dərhal sonra xilasedicilər Mi-8 helikopteri ilə təyyarənin axtarışlarına başlayıb.
Məlumatlara görə, təyyarədə 2 ekipaj üzvü olub: "Gecə boyu davam edən axtarışlar nəticəsində təyyarənin qalıqları Abatova dağında tapılıb. Təyyarə Krasnoyarskdan havaya qalxıb və 40 kilometr uçduqdan sonra dağa çırpılıb. Qəza zamanı təyyarədə olan 3 nəfər həlak olub. Hadisənin dəqiq səbəbləri məlum deyil. Araşdırma aparılır" – deyə məlumatda bildirilir.
Samir